"Roma"nın futbolçusu Stefan Əl-Şaaravi oğrunu döydüyü iddia olunduğu üçün barəsində araşdırma başladılıb.
Offsideplus.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, fevralın 12-də Alessio Çerçinin evinə gedən 28 yaşlı forvard, dostu ilə oyun oynayarkən oğrunun fərqinə varıblar. Evdən çıxaraq maşını oğurlamağa çalışan şəxsi zərərsizləşdirən Əl-Şaaravi, polis çağırıb. Oğru mart ayında 1 il 4 ay həbs cəzasına məhkum olsa da, italiyalı futbolçunun ona qarşı şiddət göstərdiyini deyərək şikayət edib.
Bu səbəbdən barəsində araşdırma başladılan Əl-Şaaravi, iyul ayının sonunda məhkəmədə ifadə verəcək.