İtaliya A seriyasının 25-ci turu çərçivəsində bu gün keçirilməli olan “Latsio” - “Torino” matçı təxirə salınıb.

Offsideplus.az xəbər verir ki, buna qonaq komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanması səbəb olub.

Qeyd edək ki, oyun bu gün 20:30-da başlamalı idi.