"Milan" Hakan Çalhanoğlu ilə növbəti əməkdaşlıqda maraqlıdır.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, klubun baş meneceri İvan Qazidis türkiyəli futbolçunu komandada saxlamaq istədiklərini deyib: "Hakan bəyəndiyimiz futbolçu, insani keyfiyyətlərinə dəyər verdiyimiz biridir. Təbii ki, onunla yeni əməkdaşlıqda maraqlıyıq. Şərtlərimizi demişik, qərarını gözləyirik".
Klub rəsmisi digər iki önəmli oyunçu haqda bunları söyləyib: “Canluici Donnarumma və Zlatan İbrahimoviç bizim üçün çox önəmli oyunçulardır. Onların qalması üçün mümkün olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, 2017-ci ildən "Milan"ın şərəfini qoruyan Çalhanoğlu cari mövsümdə 18 matçda forma geyinərək, 1 qol vurub və 9 qolun ötürməsini verib.