"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo vəzifəsindən azad oluna bilər.
Offsideplus.az "La Gazzette dello Sport"a istinadla xəbər verir ki, klub prezidenti Aurelio De Laurentis 43 yaşlı mütəxəssisə vaxt və şərt qoyub. Belə ki, Neapol təmsilçisi "Atalanta" ilə ölkə kubokunun yarımfinal qarşılaşmasının cavab görüşündə (10 fevral), həmçinin "Yuventus"la çempionat oyununda (13 fevral) uğurlu nəticəyə imza ata bilməsə, Qattuzo istefaya göndəriləcək.
Qeyd edək ki, "Napoli" 37 xalla turnir cədvəlinin 6-cı pillədə qərarlaşıb.