Futbol üzrə İtaliya A Seriyasının XIX turunda "Milan"ın "Atalanta"ya 0:3 hesabı ilə uduzduğu ev oyunundan sonra insident baş verib.

Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin hücumçusu Zlatan İbrahimoviç qonaq komandanın forvardı Duvan Sapata ilə münaqişə yaşayıb.

39 yaşlı İbrahimoviç özündən 10 yaş kiçik olan Sapataya "Karyerandakı oyun sayından çox qol vurmuşam" deyib. Kolumbiyalı hücumçu bu sözləri gülüşlə qarşılayaraq, isveçli forvarddan uzaqlaşıb.

Qeyd edək ki, bu mövsüm Zlatan İbrahimoviç İtaliya A Seriyasında 9 oyuna 12 qol vurub və 1 məhsuldar ötürmə verib. Duvan Sapata isə 19 qarşılaşmada 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.