“Torino”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az klubun saytına istinadənxəbər verir ki, komandanı Davide Nikola çalışdıracaq.

47 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. Nikolanın son iş yeri “Cenoa” olub. 

Qeyd edək ki, “Torino” rəhbərliyi ötən gecə sabiq baş məşqçisi Marko Campaulonu komandanın uğursuz nəticələrinə görə istefaya göndərmişdi.