"Yuventus" yarımmüdafiəçisi Aron Remsini transferə çıxarıb.
Offsideplus.az xəbər verir ki, Turin klubu Uels millisinin üzvünü mövsümün sonunda satmaq qərarına gəlib. Buna əsas səbəb 30 yaşlı orta sahə oyunçusunun həftəlik 400 min funt-sterlinq maaş almasıdır. "Yuve" hətta futbolçu ilə maraqlanan "Mançester Yunayted"lə də danışığa razılıq verib. "Qırmızı şeytanlar" futbolçuya həmin maaşı vermək iqtidarında deyil.
Qeyd edək ki, Aaron Remsi "Yuventus"a ötən il azad agent kimi "Arsenal"dan keçib.