"Breşiya" hücumçusu Mario Balotelli ilə yollarını ayırır.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu ilə komandası arasında müqaviləyə xitam vermək barədə danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. 29 yaşlı forvard bir neçə məşqə icazəsiz qatılmadığı üçün klub prezidenti Massimo Kellino müqavilənin ləğvinə qərar verib. İtaliya millisinin sabiq üzvü 2022-ci ilin yayına qədər "Breşiya"ya məxsus olsa da, mövsümün sonunda azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Mario Balotellli bu mövsüm A seriyasında keçirdiyi 19 oyunda 5 qol vurub.