"Fiorentina"nın futbolçuları və klub işçiləri koronavirusa qalib gəliblər.
Offsideplus.az xəbər verir ki, virus daşıyıcısı olan İtaliya təmsilçisinin altı üzvündən beşinin testinin nəticəsi mənfi olub. Məlumatı "Football İtalia" nəşri yayıb.
Sağalanların adları açıqlanmasa da, tezliklə evlərinə buraxılacaqları bildirilib.
Qeyd edək ki, A Seriyanın iyunun 13-də qaldığı yerdən davam etdirilməsi gözlənilir.