“Yuventus” klubu futbolçusu Qonsalo İquaynla müqaviləni ləğv etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi koronavirus səbəbindən İtaliyadan kənarda olan futbolçularını geri çağırıb. Klubun argentinalı futbolçunun müqaviləsini ləğv edəcəyi üçün onun geri qayıtmayacağı bildirilir.

32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq.