Koronavirus pandemiyasına görə ölkəsi Argentinaya yolanan Qonzalo Hiquainin "Yuventus"dakı gələcəyi sual altındadır.

 Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, Turin klubu çempionatın başlanacağı tarixdən dəqiqləşəndə 8 futbolçusunu İtaliyaya dəvət edib karantinə alacaq. Bunlar arasında Hiquain üçün 3 variant var:

  • İtaliyaya qayıdıb mövsümü bitirmək
  • "Yuventus"la yeni müqavilə barədə danışıqlar aparmamaq
  • Argentinada qalıb müqavilənin "Yuventus" tərəfindən pozulmasını gözləmək.

Qeyd edək ki, argentinalının İtaliya klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir.