“İnter” klubunun futbolçusu Raca Naynqqolan koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yardıma ehtiyacı olan insanlara kömək edib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı belçikalı yarımmüdafiəçi İtaliyada karantin rejiminin tətbiqi ilə işsiz qalan və köməyə ehtiyacı olan insanlara yardımlar təşkil edir, onların çatdırılmasında iştirak edir.
O, həmçinin ehtiyacı olanlara ərzaq, tibbi maska və əlcək paylayır.