"Yuventus"un futbolçusu Emre Can qışda Turin klubunu tərk edə bilər.
Offsideplus.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, alman yarımmüdafiəçi klubdakı vəziyyətindən razı deyil. Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyən və bu mövsüm cəmi 4 matçda oynayan 25 yaşlı futbolçu başqa çempionatın top-klubuna getmək istəyir.
Canla "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir. Onun bu qış "Yuventus"dan ayrılacağı gözlənilir.