"Yuventus" klubunun futbolçusu Emre Can qışda Turin klubunu tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi klubdakı vəziyyətindən razı deyil. Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edilməyən və bu mövsüm cəmi 4 matçda oynayan 25 yaşlı futbolçu başqa çempionatın top-klubuna getmək istəyir.
Canla "Bavariya" və PSJ-nin maraqlandığı bildirilir. Onun bu qış "Yuventus"dan ayrılacağı gözlənilir.