Massimiliano Alleqri "Milan"ın baş məşqçisi kimi 200-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yubiley matçı ötən gecə batan "Milan" - "Cenoa" görüşünə təsadüf edib.

Qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Alleqri "Milan"da ikinci dönəmini yaşayır. O, daha əvvəl 2010-14-cü illər arasında "rossoneri"ni çalışdırıb.

"Qırmızı-qaralar" onun rəhbərliyi altında 2011-ci ildə İtaliya çempionu olub.