Bu mnövsüm çempionluqdan əlini üzən “Real Madrid” növbəti mövsüm üçün hazırlıqlara indidən başlayıb.

Offsideplus.az Sportinfo.az-a istinadən xəbər verir ki, mövsümün sonunda heyətini yeni hücumçu ilə gücləndirməyi qarşısına məqsəd qoymuş “Kral klubu” “Tottenhem”in forvardı Harri Keynə göz dikib.

“El Mundo”nun yaydığı məlumata görə, “Real Madrid” yay transferləri üçün 300 milyon avro ayıracaq. “Kral klubu”nun prezidenti Florentino Peres bu məbləğin 200 milyon avrosunu Keynin transferi üçün ayırmaq fikrindədi.

Mövsümün sonunda Qaret Beyl və Kərim Benzemanı satmağı planlaşdıran Madrid təmsilçisinin transfer siyahısında Mauro İkardi və Eden Hazard da var.