UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

Offsideplus.az xəbər verir ki, III turun matçlarından sonra ən yaxşı oyunçu adına bosniya və herseqovinalı Edin Ceko (Roma, İtaliya), misirli Məhəmməd Salah (Liverpool, İngiltərə), ispaniyalı David Silva (Manvhester City, İngiltərə) və mərakeşli Aşraf Hakimi (Borussia Dortmund, Almaniya) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar argentinalı Anhel Di Mariya (PSG, Fransa), braziliyalı Marselo (Real Madrid, İspaniya), portuqaliyalı Bernardu Silva (Manchester City, İngiltərə) və italiyalı Lorentso İnsinyenin qollarıdır.

Qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.