"Bayern" Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Dinamo"nu (Zaqreb) 9:2 hesabı ilə darmadağın edib.

Offsideplus.az xəbər verir ki, almanların heyətində Harri Keyn 4 dəfə fərqlənərək turnirdəki qollarının sayını 31-ə çatdırıb.

O, bu göstəricidən sonra Çempionlar Liqasında ən çox qol vuran ingilis futbolçu olub. 

Qeyd edək ki, Keyn aktivində 30 qol olan Ueyn Runini geridə qoyaraq yeni rekordu müəyyənləşdirib.