Liverpool-un baş məşqçisi Yurqen Klopp Çempionlar Liqasının ikinci turunda səfərdə baş tutan Napoli (1-0)  ilə oyundan danışıb.

Offsideplus.azxəbər verir ki, təcrübəli mütəxəssis gözlənilməz nəticə ilə qarşılaşdığını deyib.

“Qol vəziyyətimiz kifayət qədər oldu. İstifadə edə bilmədik. Meydanda boş sahələrdən düzgün yararlanmalıydıq. Bəzi hallarda topla lazımi səviyyədə davrana bilmədik. Nəticə gözlənilməz idi. Səfər matçında qolsuz barabərə qalmaq daha yaxşı olardı. Oyun sürətli keçdi. Komandam daha yaxşı oynaya bilərdi. Səhvimiz qolla nəticələndi. Bu mövsümdə artıq ikinci dəfədir ki, eyni səhvlə qol buraxırıq. Bununla belə, Liverpool bacardığı qədər irəliləməyə çalışacaq. Yer aldığımız qrup maraqlı və güclüdür. Güclülər arasında olmaq bizi daha yaxşı nəticə əldə etməyə həvəsləndirir”, - deyə Klopp bildirib.