Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" "Ludoqorest"ə məğlub oldu - 1:2.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Georgi Dermenciev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Şanslar bərabər idi. Cavab matçında hər şeyə aydınlıq gələcək. "Qarabağ" daha çox hücum edən tərəf idi. Lakin əks-hücumlarda qol vurmaq üçün şanslarımız oldu. Bundan yararlana bildik. Hakimlik haqda danışmaq istəmirəm. Amma üzücü məqam bundan ibarətdir ki, oyunçumun iki tərəfdən ayağı sınıb".
Məşqçi səfər matçında hansı oyun üslubundan istifadə edəcəyi haqda da danışdı:
"Strategiya haqda nəsə söyləyə bilmərəm. Amma əsas odur ki, ağıllı oyun sərgiləyərək mərhələni keçsinlər".