“Barselona”nın sabiq futbolçusu Samuel Eto`O PSJ-nin oyunçusu Neymara məsləhət verib.

Offsideplus.az xəbər verir ki, Eto`O PSJ-nin Çempionlar Liqasını qazanmaq iqtidarında olduğunu bildirib. Ancaq o, bunun üçün Neymarın müdafiəyə kömək etməli olduğunu da vurğulayıb:

“Neymarın müdafiəyə qayıdaraq komandasına kömək etdiyini görmək istəyirəm. Düzdür, Edinson Kavani müdafiəyə qayıdır. Ancaq bir futbolçunun köməyi ilə məsələ həll olunmur. Bunu Kilian Mbappe də edir. Amma PSJ-də əsas fiqur Neymardır. O, intizamlı oynasa, bunu bütün komanda edəcək. PSJ-nin futbolçuları vahid komanda kimi oynamalıdırlar.

Belə olacağı təqdirdə, onların əsas mükafatı - ÇL-i qazanmaq şansları da yaranacaq. Fransa yığması dünya çempionatında məhz əla müdafiə olunmağı bacardıqları üçün qalib gəldi”.