"Bavariya"nın futbolçusu Tomas Müller üçün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Benfika" ilə qarşılaşma əlamətdar olub.

Offsideplus.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu görüşlə 35 yaşlı hücumçu ÇL-də 100-cü matçına çıxıb. O, 88-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, ÇL-də ən çox oyun keçirən oyunçu "Portu"nun qapıçısı İker Kasilyasdır (168).