"Beşiktaş" Çempionlar Liqasında Almaniyanın "Bayern" klubu ilə qarşılaşarkən Türkiyədə bir ilk yaşanacaq.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş" turnirin 1/8 finalında ilk oyunu səfərdə oynayacaq. "Allianz Arena"da keçiriləcək qarşılaşma fevralın 20-si saat 22:45-də başlayacaq.
14 Martda keçirilən cavab qarşılaşması isə ilklə əlamətdar olacaq. "Beynəlxalq Qadınlar Günü" münasibəti ilə qarşılaşmanı "Tivibu" ekranlarından Türkiyənin ilk və tək qadın spikeri Semahat Özdoğan şərh edəcək.