UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üzrə “Jalgiris” - “Struqa” matçı Elçin Məsiyevə tapşırılıb. 

Offsideplus.az xəbər verir ki, Litvada baş tutacaq oyunda E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov yardım göstərəcək. 

Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, matç iyulun 11-də Bakı vaxtı ilə saat 20:00-da oynanılacaq.