UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi çərçivəsində - "Mançester Siti" və "Real" (Madrid) arasında baş tutacaq cavab oyununu ( ilk matç, 1:1) idarə edəcək hakimlər müəyyənləşib.

 Offsideplus.az sözügedən qurumun saytına istinadən xəbər verir ki, bu matçı Polşa Futbol Federasiyasından olan hakimlər biriqadası idarə edəcək. Matçın baş hakimi Şimon Marçiniak olacaq. Ona yan xətdə Pavel Sokolnitski və Tomas Listkeviç köməklik edəcək. Görüşdə dördüncü hakim funksiyasını rumıniyalı İştvan Kovaç yerinə yetirəcək.

Qeyd edək ki, tərəflər arasındakı matç mayın 17-də oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Fəqan İbrahimli