UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" "Leyptsiq"ə 7:0 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in heyətində penta-trik edən Erlinq Haaland UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb. O, ÇL-də bir matçda beş qol vuran 3-cü oyunçu olub. Daha öncə Lionel Messi 2012-ci ildə "Barselona"da çıxış edərkən Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qarşı görüşdə, Luis Adriano isə 2014-cü ildə "Şaxtyor"un (Ukrayna) heyətində Belarusun BATE klubu ilə oyunda penta-trik edib.
Bundan əlavə, Haaland Çempionlar Liqasında 30 qol səddinə çatan ən gənc futbolçudur. 25 matçda 30 dəfə fərqlənən norveçli hücumçu bu nəticəyə 22 yaş 236 günündə imza atıb.