"Real" Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la oyun üçün iştirak ərizəsini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Aurelien Çuameni və Toni Kroos zədə səbəbindən səfər matçına gedə bilməyəcəklər.
Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Luis Lopez Anduqar;
Müdafiəçilər: Dani Karvaxal, Eder Militao, David Alaba, Xesus Valyexo, Naço, Alvaro Odriozola, Lukas Vaskes, Toni Rudiger
Yarımmüdafiəçilər: Luka Modriç, Eduardo Kamavinqa, Fede Valverde, Dani Seballos, Mario Martin, Serxio Arribas;
Hücumçular: Eden Hazard, Kərim Benzema, Marko Asensio, Vinisius Junior, Rodriqo Qoes, Alvaro Daniel Rodrigez.
Qeyd edək ki, sabah baş tutacaq "Liverpul" - "Real" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.