FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, Ağayev karyerası ərzində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat alıb.