Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Viktoriya" (Plzen) "İnter"i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, "İnter"in baş məşqçisi Simone İnzagi oyundan əvvəl keçirilən mətbuat konfransında Plzen təmsilçisinin ÇL-nin pley-off mərhələsində "Qarabağ"la oyunlarını izlədiklərini söyləyib:

"Viktoriya" fiziki olaraq güclü komandadır,. Onların "Qarabağ" və "Barselona"ya qarşı oyunlarını izləyib, analiz etmişik".

Qeyd edək ki, "Viktoriya" - "İnter" matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də baş tutacaq.