Bu gün Çempionlar Liqasının pley-off mrəhələsinin cavab oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" Çexiyada “Viktoriya”nın qonağı olub və 1:2 hesabı ilə uduzub. İlk görüşdə də qolsuz bərabərə qalan Ağdam təmsilçisi ÇL-də mübarizəni dayandırıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda çıxışını Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

23 avqust

Çempionlar Liqası

Pley-off, cavab oyunu

23:00. "Viktoriya" (Çexiya) - “Qarabağ” (Azərbaycan) 2:1 

Qol: Filip Ozobiç, 38, Kopiç, 58, Kliment, 72
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena

İlk oyun - 0:0

Heyətlər:

"Viktoriya": 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov