"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Viktoriya" ilə cavab oyununda anşlaq olacaq.

Offsideplus.az xəbər verir ki, Çexiyada baş tutacaq matç üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb. 11700 tamaşaçı tutumuna malik olan Plzen Şəhər Stadionunda (“Dusan Arena”) boş yer qalmayıb.

Qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı avqustun 23-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. İlk oyun qolsuz heç-heçə ilə yekunlaşıb.