UEFA Çempionlar Liqasının pley-off matçlarının ilk oyunları çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq Çexiya "Viktoriya"sının müdafiəçisi Yan Kopiç görüşdən əvvəl təşkil olunan mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- 6 il öncə bu stadionda oynamışdınız. Təəssüratlarınız necədir?
- Çox yaxşı yadımdadır Stadionun vəziyyəti çox yaxşı idi. Burada uğurlu nəticə qazanmışdıq. Yüngül zədəm olsa da, 90 dəqiqəni oynamaq elə də çətinlik yaratmayacaq.
- 6 il əvvəl burada oynayanda böyük basqı var idi sizə. İndi də elə atmosfer gözləyirsiz?
- "Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir. Oyun stilləri dəyişməyib. Hücumameyilli oyunçulardan daha çox istifadə edirlər. Çalışacağıq ki, yaxşı müdafiə olunaq və müəyyən şanslar olanda bundan istifadə edək.
- 6il əvvəl bəxt sayəsində "Qarabağ"ı keçə bilmişdiniz. Bu fikirlə razısan? Səncə, sabah da bəxt sizin tərəfinizdə olacaq?
- Bəli, yadımdadır, şans nəticəsində qalib gəlmişdik. Amma sabahkı oyunda şansa o qədər ümid bəsləmək istəmirik. Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik.