Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə "Qarabağ"ın qonağı olacaq Çexiyanın "Viktoriya" (Plzen) komandasının Bakıya səfər vaxtı müəyyənləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi avqustun 16-sı səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək. "Viktoriya"nın baş məşqçisi Mixal Bilek saat 19:45-də jurnalistlər önünə çıxacaq. Daha sonra isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.

Qeyd edək ki, avqustun 17-də baş tutacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.