Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Viktoriya" (Plzen) futbolçusu Ondrjey Mihaliklə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi karyerasını ölkənin digər təmsilçisi "Slovaçko" komandasında davam etdirəcək.
2019-cu ilin iyununda Niderland "Alkmaar"ından "Viktoriya"ya transfer olunan Mihalik sözügedən klubda 57 oyunda 5 qol vurub və 5 asisst edib.
Qeyd edək ki, "Qarabağ"la "Viktoriya" arasında ilk görüş avqustun 17-də Bakıda olacaq və saat 20:45-də başlayacaq. Avqustun 23-də Plzendə keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.