FIFA prezidenti Canni İnfantino "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Offsideplus.az xəbər verir ki, İsveçrədə "Sürix"lə "Qarabağ" arasındakı cavab matçını (2:2, ilk oyun - 3:2) stadiondan izləyən ali futbol qurumunun rəhbəri qarşılaşmadan sonra Ağdam klubunun idarə heyətininin üzvü Fevzihan Arasla görüşüb.

O, "Qarabağ"ı qələbə və mübariz oyun münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.