Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.

İspaniya "Vilyarreal"ı İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsiylə başa çatıb.

Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib. Bu mərhələnin püşkatma mərasimi martın 18-də keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları