Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Offsideplus.az  xəbər verir ki, 3-cü oyun günündə 2 matç baş tutub. 

Turnirin son qalibi "Çelsi" İngiltərədə Fransanın "Lill" komandasıyla üz-üzə gəlib. "Stemford Bric" stadionundakı görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Gecənin digər oyununda İtaliya "Yuventus"u İspaniyada "Vilyarreal"ı sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 

Bu komandalar arasında cavab oyunları martın 16-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

22 fevral