PSJ klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları üçün iştirak ərizəsini Avropanın ali futbol qurumuna təqdim edib.

Offsideplus.az xəbər verir ki, heyətdə Paris təmsilçisinin futbolçusu Corcinyo Veynaldum yer almayıb. Klub 31 yaşlı futbolçunu “Real”la oyunlar üçün UEFA-ya sifariş etməyib.

Qeyd edək ki, PSJ ilə “Real” arasındakı ilk matç fevralın 16-da, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.