UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası matçlarında qonaq azarkeşlərin iştirakına icazə verib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı Avropanın ali futbol qurumu rəsmi məlumat yayıb.

Qeyd olunub ki, səfər oyunlarına səyahət etmək istəyən azarkeşlər davam edən COVİD-19 pandemiyası səbəbindən qaydalara riayət etməlidirlər.