Türkiyəli referi Cüneyt Çakır UEFA Çempionlar Liqasının pley-off turunun "Şeriff" və "Dinamo" (Zaqreb) arasında baş tutacaq ilk oyuna təyinat alıb.
Offsideplus.az xəbər verir ki, "Şeriff Stadionu"nda keçiriləcək oyun Çakıra tapşırılıb. Ona Bahattin Duran və Tarık Ongun köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.