Məşhur türkiyəli referi Cüneyt Çakır UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli hakim "Yanq Boyz" - ÇFR Kluj görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma sabah keçiriləcək.