"Mançester Siti" - PSJ oyunun baş hakimi Byorn Kuypers Leanardo Parades və Marko Verattini təhqir edib.
Offsideplus.az xəbər verir ki, Veratti oyundan sonra bu sözləri deyib:
"Referi iki dəfə məni söydü. Bu sözləri biz desəydik, 10 oyunluq cəzalanardıq. Referilərlə çox danışıram, amma heç vaxt onları təhqir etməmişəm".
PSJ-nin yarışşmüdafiəçisi Ander Errera isə hakimin komanda yoldaşı Paradesi təhqir etdiyini bildirib: "Hakim Paradesi söydü. Əladır. Biz desəydik, 3 və ya 4 oyunluq uzaqlaşdırılardıq".
Qeyd edək ki, Çempionlar Liqasında PSJ-ni məğlub edən "Mançester Siti" adını finala yazdırıb.