UEFA Çempionlar Liqasının yarımfinalında baş tutan "Real" - "Çelsi" oyunundan sonra maraqlı hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, final fitindən sonra Tibo Kurtua "Çelsi"nin baş məşqçisindən gözlədiyi isti münasibəti görməyib. Belə ki, 28 yaşlı qolkiper Tomas Tuxellə görüşmək üçün əlini uzadıb. Tuxel isə sabiq "Çelsi"lini vecinə almayaraq, futbolçularına doğru irəliləyib və onlarla görüşüb.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunun cavab qarşılaşması 5 mayda baş tutacaq.
Buying Tuchel a beer for this one. pic.twitter.com/kBqcYqa5Rt
— Chelsea In America (@CFCInAmerica) April 27, 2021