Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının yekunu olaraq həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, PSJ-nin hücumçusu Neymar ən yaxşı seçilib. 29 yaşlı forvard "Bavariya"ya 0:1 hesabı ilə uduzduqları matçda qapıya 3 dəqiq zərbə endirib.

Qeyd edək ki, ilk görüşdə 3:2 hesablı qələbə qazanan PSJ yarımfinala yüksəlib. Fransa təmsilçisi yarımfinalda "Mançester Siti" ilə üz-üzə gələcək.