UEFA Çempionlar Liqasının 1/4 finalında baş tutan "Çelsi" - "Portu" oyunundan sonra Serjio Konseysao rəqib baş məşqçinin onu təhqir etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, final fiti səslənən kimi "Çelsi" və "Portu" oyunçuları arasında mübahisə düşüb. Bunun səbəbi isə Portuqaliya klubunun çalışdırıcısının Tomas Tuxelin onu aşağıladığını deməsi olub. İngilis dilinin zəif olduğunu açıqlayan Konseysau Tuxelin onu söydüyünü deyib.
Belə ki, oyundan sonra o, referiyə 4-cü hakimin təhqirləri eşitdiyini bildirib.