Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı vinger evdə İspaniya "Atletiko"sunu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.
Qeyd edək ki, ÇL-də həftənin ən yaxşısı adına “Şaxtyor”dan Tete, “Yuventus”dan Alvaro Morata və “Leyptsiq”dən Anxelinyo da namizəd idi.