UEFA Çempionlar Liqasının III turunda Türkiyənin "Qalatasaray" komandası ilə qarşılaşma Zinəddin Zidanın İspaniya "Real Madrid"inin baş məşqçi postunda son oyunu ola bilər.
Offsideplus.az-ın "El Mundo"ya istinadən verdiyi məlumata görə, rəhbərlik bu mövsüm "kral klubu"nun nəticələrindən çox oyunundan narahatdır. İstanbuldakı görüşdə məğlubiyyət baş verəcəyi təqdirdə, fransalı mütəxəssisin qovulacağı bildirilir. Onun yerinə isə Joze Mourinyo və Massimiliano Alleqrinin namizədliyi nəzərdən keçirilir.
Qeyd edək ki, Çempionlar Liqasında A qrupunun ilk 2 turundan sonra "Real Madrid" 1 xalla sonuncu pillədə yer alıb. Eyni xala malik "Qalatasaray" 3-cüdür. İki komanda arasında oktyabrın 22-də "Türk Telekom Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.