“Borussiya”nın kapitanı Marko Roys Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə qarşılaşacaqları ilk oyundan əvvəl fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında rəqib komandanın zədəsini yeni sağaltmış oyunçusu Lionel Messinin bugünkü matçda iştirak etməsini istədiyini deyib:
“Messi bizə qarşı oynasa, çox xoşbəxt olardım. O, hazırda planetin ən yaxşı futbolçusudur. Pako Alkaserlə danışdım. O, sakitdir və özünü yaxşı hiss edir. Onun “Barselona” ilə oyunda bizə çox kömək edəcəyini düşünürəm”.
Qeyd edək ki, bu gün keçiriləcək “Borussiya” – “Barselona” matçı saat 23:00-da start götürəcək.(qol.az)