“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu “Beşiktaş”a rəqib olmalarına sevindiyini bildirib.
Müller ilk qarşılaşmadaca cütün taleyini həll edəcəklərini düşünür: “Beşiktaş”ın “Leypsiq”lə oyunlarını izləmişəm. Birinci görüşdə möhtəşəm azarkeş dəstəyi sayəsində “Leypsiq”ə təsir göstərmişdilər. Səfərdəki qarşılaşmada ehtiyatlı olmaq lazımdı. Qəbul edək ki, biz daha güclü komandayıq. Püşkün nəticəsindən narazı deyilik. Münhendəki ilk oyunda qol buraxmadan mərhələni keçəcəyimizi düşünürəm”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 20-də Münhendə, cavab qarşılaşması isə martın 14-də İstanbulda baş tutacaq.