Moskva MOİK-nin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında tarixi göstəriciyə imza atıb.

Offsideplus.az xəbər verir ki, o, buna "Real"la oyunlardakı çıxışı ilə nail olub.

Belə ki, 32 yaşlı qolkiper "Real"la hər iki görüşdə qapısının toxunulmazlığını qoruya bilib. O, eyni mövsümdə "kral klubu" ilə hər iki qarşılaşmada qol buraxmayan 4-cü qapıçı olub. Buna qədər Edvin van der Sar (1995-96), Yens Lemann (2005-06) və Pepe Reyna (2008-09) bunu bacarmışdı.

Qeyd edək ki, MOİK "Real"dan 6 xal almasına baxmayaraq, G qrupunda sonuncu yeri tutub.